Ölkə hava yolu ilə yük və sərnişin daşımalarını 51% artırıb
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib

Azərbaycanın hava yolu ilə yük və sərnişin daşımalarından əldə etdiyi gəlir ilin birinci yarısında 1,4 milyard dolları ötüb.
2022-ci ilin birinci yarısında Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 2 milyard 328 milyon 8,2 min manat (cari məzənnə ilə 1,4 milyard dollar) təşkil edib ki, bu da 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 51,1% çoxdur.
Hava nəqliyyatı ilə yüklərin daşınmasından əldə olunan gəlir 1 milyard 893 milyon 678,2 min manat (cari məzənnə ilə 1,1 milyard ABŞ dolları – İF) təşkil edib ki, bu da 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 41,4% çoxdur. Eyni zamanda, bu gəlirlərin əsas həcmi beynəlxalq yükdaşımalarının (1 milyard 893 milyon 291,8 min manatı (artım 41,4%), qalan hissəsi isə 386,4 min manatı daxili yüklərin (artım 64,3%) payına düşüb.
Hava nəqliyyatı ilə sərnişindaşımalardan əldə olunan gəlir 434 milyon 330 min manat (artım 2,2 dəfə) olmuşdur. Bununla yanaşı, gəlirlərin əsas payı beynəlxalq sərnişin daşımalarının payına düşüb - 398 milyon 60,2 min manat (artım 2,1 dəfə), daxili nəqliyyatın payı 36 milyon 269,8 min manat (artım 3,3 dəfə).
2022-ci ilin yanvar-iyun aylarında hava nəqliyyatı ilə yük daşımalarının həcmi 245,6 min ton (artım 7,8%), sərnişindaşımaların həcmi 824,7 min nəfər (artım 2,4 dəfə) təşkil edib.
2021-ci ildə Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişin daşınmasından 3 milyard 240 milyon 291,2 min manat (2020-ci illə müqayisədə artım 20,4 faiz), sərnişin daşınmasından 635 milyon 109,8 min manat (artım 85 faiz) gəlirləri olub. .