BLOQ

Nümunə

Vəfat edən qızının əlindən tutan atanın fotosu Türkiyədəki zəlzələdə çarəsiz qalan insanların bariz nümunəsidir...

Nümunə
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Suriya və Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6 mini keçərkən Mesut Hancer Kahramanmaraşda zəlzələnin episentrinə yaxın ərazidə həlak olan 15 yaşlı qızı İrmakın əlindən tutur.
    Bütün dünyanı dolaşan bu foto milyonlarla insanda bir sual yaratdı - axı niyə ağır beton piltəsi ilə örtülən bu uşaq yatağında əbədi yuxuya gedən balasını ata qayğısı ilə balaca əlindən tutan valideyn ağlamır?
    Ona görə ki, kişi ağlamaz. Əsla ağlamaz. Türklərin yazılmamış qanunları bunu tələb edir ki, kişi hər bir şəraitdə kişi olaraq qalsın. Tarix boyu onlar evlərini düşmənlərdən qorumalı idilər və buna görə də türklər oğullarını gələcək döyüşçü, qızlarını isə döyüşçü anası kimi tərbiyə edirdilər.
    Allah bütün vəfat edənlərə rəhmət eləsin və yaralılara şəfa versin!
    Türk olaraq bundan da keçərik, inşallah!