XƏBƏRLƏR / İdman

Növbəti finalçı Fransa oldu

Dünya çempionatı çərçivəsində Mərakeş yığması Fransa ilə üz-üzə gəlib

Növbəti finalçı Fransa oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya çempionatının yarımfinalında Mərakeş yığması Fransa ilə üz-üzə gəlib. Afrika təmsilçisini 2:0 hesabı ilə məğlub edən Fransa millisi həlledici qarşılaşmada Argentinaya rəqib olub.

    Beləliklə, dekabrın 18-də oynanılacaq final görüşündə Argentina və Fransa kollektivləri üz-üzə gələcəklər. Bir gün öncə isə Mərakeş və Xorvatiya seçmələri 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.