"Netflix" Rusiyada yayımını dayandırır
Bu barədə “Ria Novosti” agentliyi xəbər verib

"Netflix" Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada işlərini dayandıracaq. Bundan əvvəl "Netflix" Rusiyada film layihələrini dayandırmışdı. "Müvafiq şəraitdə biz Rusiyada xidmətlərimizin göstərilməsini dayandırmaq qərarına gəldik", - deyə xidmət nümayəndəsi bildirib.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. "Ancaq Ukraynanın işğalından söhbət gedə bilməz", - deyə Rusiya prezidenti vurğulayıb.