XƏBƏRLƏR / Neft və Qaz

Neftimiz bahalaşdı

"Azeri Light"ın 1 barelinin qiyməti 2,5 % artıb

Neftimiz bahalaşdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azeri Light" markalı Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,83 ABŞ dolları, yaxud 2,5 % artaraq 76,25 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.