XƏBƏRLƏR / İqtisadiyyat

Neft ucuzlaşır, qızıl bahalaşır

Bunun səbəbi kimi ABŞ və Avropada bank böhranı göstərilir

Neft ucuzlaşır, qızıl bahalaşır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Brent markalı neftin qiyməti 2021-ci ildən minimuma enib

    Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin dəyəri Moskva vaxtı ilə saat 10.07-ə olan ticarət məlumatlarına əsasən, 3,21% ucuzlaşaraq, bir barel üçün 70,63 dollar təşkil edib. Brent markalı neftin qiyməti 20 dekabr 2021-ci ildən bəri ilk dəfə bir barel üçün 71 dollardan aşağı düşüb.

    Nyu-York əmtəə birjasında WTI markalı neftin fevral fyuçersləri 3,28% ucuzlaşaraq barreli 64,55 dollar olub. Bu dərəcəli neftin kotirovkaları 2 dekabr 2021-ci ildən bəri ilk dəfə olaraq bir barel üçün 65 dollardan aşağı düşüb.

    Reuters yazır ki, neft qiymətləri qlobal bank sektorunda risklərin resessiyaya səbəb ola biləcəyi və bu, yanacağa tələbatın azalmasına səbəb ola biləcəyi qorxusu ilə aşağı düşür. Mənbə onu da əlavə edib ki, ABŞ Federal Ehtiyat Sisteminin nəticələri martın 22-də açıqlanacaq faiz iclası ərəfəsində neft kotirovkaları təzyiq altındadır.

    Qızılın qiyməti isə 2022-ci ilin aprelindən bəri ilk dəfə bir unsiya üçün 2000 dolları ötüb
    Qızıl kotirovkaları ABŞ və Avropada bank sektorundakı problemlər və maliyyə sektorunda səhmlərin çökməsi fonunda yüksəlir.

    Bank böhranı haqda burda oxu.