XƏBƏRLƏR / Münaqişə

Nazir səfirliyimizin yaralı əməkdaşlarına baş çəkdi

Bu barədə Hüseyn Əmir Abdullahian twitterdə yazıb

Nazir səfirliyimizin yaralı əməkdaşlarına baş çəkdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün hücuma məruz qalan Azərbaycan səfirliyinin yaralı əməkdaşlarına baş çəkib. Bu barədə Hüseyn Əmir Abdullahian twitterdə yazıb.

    Nazir yaralıların vəziyyəti ilə maraqlanıb.

    Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, iki əməkdaşı isə yaralayıb.