Nağdsız ödənişlərdə qaytarılan ƏDV faizi artırıla bilər
Nağd ödənişlərdə isə qaytarılan ƏDV faizi 2 dəfə azalacaq
Nağdsız ödənişlərdə alıcıya qaytarılan ƏDV faizi artırıla bilər.
Bu, Azərbaycanın Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Bu gün bank köçürməsi ilə ödəniş edərkən 15%, nağd ödəniş zamanı isə 10% ƏDV alıcıya qaytarılır.
Belə ki, əgər indi alıcı bank köçürməsi ilə hər 100 manata görə 2 manat 28 qəpik alırsa, dəyişikliklər qüvvəyə mindikdən sonra o, 3 manat 5 qəpik alacaq.
Eyni zamanda, alıcıya nağd ödəniş edildiyi halda, dəyişikliyə əsasən, hər 100 manatdan 1 manat 52 qəpik deyil, cəmi 76 qəpik geri qaytarılacaq.