XƏBƏRLƏR / Mədəniyyət

Məşhur amerikalı müğənni Tina Törner vəfat edib

Əfsanəvi ifaçının 83 yaşı var idi

Məşhur amerikalı müğənni Tina Törner vəfat edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Məşhur Amerikalı müğənni Tina Törner 83 yaşında vəfat edib.

    Bu barədə Sky News-a onun mətbuat katibi məlumat verib.

    “Rok-n-rollun kraliçası” Tina Törner Sürix yaxınlığındakı Kusnaxtdakı evində uzun sürən xəstəlikdən sonra bu gün 83 yaşında dinc şəkildə vəfat edib”, - deyə məlumatda bildirilir.

    Tina Turner səkkiz "Qremmi" mükafatının qalibidir. "Rolling Stone" jurnalı onu dövrümüzün ən böyük müğənnilərindən biri adlandırıb. O, karyerasına 1960-cı illərdə başlayıb və o vaxtdan bəri doqquz albom buraxıb. Tina Törner 2021-ci ildə Rock and Roll Şöhrət Zalına daxil edilib.