XƏBƏRLƏR / Siyasət

Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng edib

O, Azərbaycanın İrandakı səfirliyinə hücumu “terror” kimi qiymətləndirib

Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək başsağlığı verib və Türkiyənin Azərbaycanın yanında olduğunu bildirib.
     
    O, Azərbaycanın İrandakı səfirliyinə hücumu “terror” kimi qiymətləndirib.

    Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün twitter hesabında da yazıb. @Can Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu pisləyirəm. Şəhid qardaşımıza Allahdan rəhmət, yaxnlarına və Azərbaycan xalqına başsağlığı, yaralananlara tezliklə şəfa tapmalarını diləyirəm. Azərbaycan heç zaman tək deyil. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”.