XƏBƏRLƏR / Siyasət

Moskvada Lavrovla Mirzoyanın görüşü başladı

Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü Mirzoyanın ənənəvi əsassız şikayətlərindən başladı

Moskvada Lavrovla Mirzoyanın görüşü başladı
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Moskvada Rusiya və Ermənistan XİN rəhbərləri Sergey Lavrovla Ararat Mirzoyanın görüşü başlayıb.

    Ceyhun Bayramovdan fərqli olaraq Mirzoyan Lavrovla görüşdə Azərbaycana qarşı bir sıra əsassız ittihamlardan başlayıb: "Təəssüf ki, yerdə vəziyyət bir qədər fərqlidir. Danışıqlara paralel olaraq biz vaxtaşırı Azərbaycan tərəfdən eskalasiyanın, Ermənistan ərazisinin işğalının, 9 noyabr tarixli üçtərəfli bəyanatın pozulmasının şahidi oluruq. Bunlardan sonuncusu Laçın dəhlizində Rusiya Federasiyasının nəzarətində qalmalı olan keçid məntəqəsinin yaradılmasına cəhddir”.

    Rusiyanın Cənubi Qafqazda tarixi rolu və ən ciddi maraqları var. Əminəm ki, müttəfiqlərimiz bunu başa düşür". Bunu Rusiya XİN başçısı Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.

    Rusiyanın xarici işlər naziri qeyd edib ki, Moskva Cənubi Qafqazda sülh və sabitliyin yekun bərqərar olmasına töhfə verməyə hazırdır: "Bu vəzifədə biz əlimizdən gələni edəcəyik ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada bugünkü görüşlərində nəticə əldə edək. Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının rolu çox böyükdür. Bu razılaşmalar bütün məsələlər üzrə bütün həll yollarının tapılmasında həlledici olmalıdır - sülh müqaviləsi, kommunikasiyaların açılması, demarkasiya. Ticarət Ermənistan-Rusiya münasibətlərinin əsl lokomotivi olub. Biz Ermənistan və Rusiya Federasiyası liderlərinin əldə etdiyi bütün razılaşmaların, ilk növbədə, ticarət-iqtisadi əməkdaşlığın irəliləməsində maraqlıyıq".

    Lavrov qeyd edib ki, bütün bu sahələrdə irəliləyiş Cənubi Qafqazda sülhə nail olmaq üçün əsas şərtdir.