XƏBƏRLƏR / Siyasət

Moskva Paşinyanın "ərazi bütövlüyü" bəyanatına şərh verdi

Rusiya XİN sözçüsü Mariya Zaxarova Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüynü tanıması barədə

Moskva Paşinyanın "ərazi bütövlüyü" bəyanatına şərh verdi
Mariya Zaxarova
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya XİN sözçüsü Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüynü tanıması haqda verilən suala belə cavab verib:

    "Biz Paşinyanın bəyanatını onun Praqa sammiti zamanı tutduğu mövqeyin təsdiqi kimi qiymətləndiririk. Daha sonra 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad edərək Fransa və Aİ ilə birgə bəyanat qəbul edildi. Praqa razılaşması İrəvanla Bakı arasında prosesə yeni çərçivə verdi. 

    Sülh müqaviləsi layihəsinin özünə gəlincə, Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında Moskvada keçirilən danışıqların sonuncu raundu tərəflər arasında anlaşmanın yaxşılaşmasına və bir sıra məsələlər üzrə mövqelərinin yaxınlaşmasına kömək etdi”.