XƏBƏRLƏR / Münaqişə

Moskva bir sutkadan sonra narahatlığını bildirib

Rusiya XİN sözçüsü Mariya Zaxarova Qarabağ zonasında gərginliyin artması ilə bağlı şərh verib

Moskva bir sutkadan sonra narahatlığını bildirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şərhdə deyilir: "Biz Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə bağlı ciddi narahatlığımızı bildiririk. Son bir neçə gün ərzində atəşkəs rejiminin dəfələrlə pozulması halları qeydə alınıb. Martın 5-də həm Ermənistan, həm də Azərbaycan tərəfdən itkilərlə nəticələnən silahlı insident baş verib".

    Zaxarova tərəfləri təmkinli olmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırıb. 

    Açıqlamada deyilir ki, Rusiya Bakı və İrəvanın mümkün qədər tez danışıqlara qayıtmasının vacibliyini bir daha təsdiqləyir. Regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sülh müqaviləsinin hazırlanması məsələlərinin vacibliyi vurğulanıb.