XƏBƏRLƏR / Kriminal

MİT Azərbaycanda təşkilatlanmağa cəhd edən İŞİD-i ifşa etdi

İŞİD terror qruplaşması bir neçə ölkədə öz strukturunu yaratmağa çalışır

MİT Azərbaycanda təşkilatlanmağa cəhd edən İŞİD-i ifşa etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Azərbaycanda təşkilatlanmağa cəhd edən İŞİD terror qruplaşmasının yeni strukturunu ifşa edib.

    "Anadolu" agentliyi xəbər verir ki, Diyarbəkir prokurorluğu, Şəhər Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və MİT-in başlatdığı istintaq çərçivəsində birgə əməliyyat keçirilib.

    Araşdırmalar nəticəsində məlum olub ki, İŞİD terror qruplaşması Türkiyədə “Əhlak və Sünnət Dergisi” adlı yeni təşkilat yaradıb. Bu təşkilatın Gürcüstan, Azərbaycan, İraq, Mali, Sudan, Əlcəzair və Liviyada fəaliyyət göstərdiyi müəyyən edilib.

    Qrupun “Cihad Qrupu” yaradaraq Gürcüstanda təlim keçdiyi bildirilir. Bildirilib ki, onlar hərbi münaqişələrin getdiyi bölgələrə göndərilir.

    Xatırladaq ki, mayın 5-də Türkiyə təhlükəsizlik qüvvələri Ankara və Diyarbəkir şəhərlərində əməliyyat keçirib. Nəticədə İŞİD terror qruplaşmasının 96 üzvü saxlanılıb.