Mirzoyan, Bayramov Vaşinqtonda Blinkenlə görüşəcəklər
Bu barədə Ermənistan xarici işlər naziri bildirib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinkenlə gözlənilən görüş haqda məlumat açıqlayıb.
“Ermənistan-Azərbaycan danışıqlarının konstruktiv şəkildə davam etdirilməsində maraqlı olan və konkret nəticələr verən müxtəlif mərkəzlər var. Biz bu səyləri görməkdən və danışıqlarda konstruktiv iştirakdan məmnunuq. Bir neçə gün əvvəl Soçidə Ermənistan, Azərbaycan və Rusiya Federasiyası liderlərinin üçtərəfli görüşü oldu, bir neçə gündən sonra mən Vaşinqtona gedəcəyəm, orada cənab Bayramov və cənab Blinkenlə görüşüm baş tutacaq” - Mirzoyan bildirib.
Görüşün dəqiq tarixi haqda məlumat verilmir.