XƏBƏRLƏR / İqtisadiyyat

Mikayıl Cabbarov Naxçıvana yollanıb

İqtisadiyyat naziri Muxtar Respublikasında biznes mühitinin yaxşılaşdırılmasınnı müzakirə edib

Mikayıl Cabbarov Naxçıvana yollanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Naxçıvan Muxtar Respublikasında biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara dəstək tədbirləri müzakirə olunub. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter-də yazıb.

    “Həmkarlarımızla birlikdə tarixi bölgəmizdə - Naxçıvanda səfərdəyik. Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə rayonun iqtisadi potensialı, biznes mühitinin yaxşılaşdırılması, sahibkarların dəstəklənməsi ilə bağlı fikirlərimizi bölüşdük”, - deyə nazir yazıb.