XƏBƏRLƏR / Siyasət

MDB ölkələrinin qeyri-rəsmi sammiti keçiriləcək

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib

MDB ölkələrinin qeyri-rəsmi sammiti keçiriləcək
Dmitri Peskov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana yardımı barədə bəyannamənin imzalanmaması bu təşkilatın mövcudluğunu şübhə altına qoymur. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    Onun sözlərinə görə, təşkilatda bəzi məqamlarla bağlı fikir ayrılığı var: "Bu məqam noyabrın 23-də İrəvanda keçirilən sammitdə iki sənədin imzalanmamasına səbəb olub. Lakin KTMT-nın mövcudluğu şübhə altında deyil".

    Bundan əlavə, Peskov bu ilin sonunadək Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammitinin keçiriləcəyini təsdiqləyib.

    Kremlin sözçüsü görüşə hazırlığın getdiyini bildirib.