XƏBƏRLƏR / Siyasət

MDB liderlərinin görüş tarixi açıqlandı

Bu barədə "RİA Novosti" məlumat yayıb

MDB liderlərinin görüş tarixi açıqlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammitinin tarixi açıqlanıb. "RİA Novosti" xəbər verir ki, bu barədə təşkilatın icra katibi Sergey Lebedev məlumat verib. Bildirilib ki, sammit 26-27 dekabr tarixlərində keçiriləcək.

    Məlumata görə, dövlət başçıları Rusiyanın Sankt-Peterburq şəhərində toplaşacaqlar.