XƏBƏRLƏR / Siyasət

Mayın 19-da Moskvada üçtərəfli görüş gözlənilir

Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri münasibətlərin normallaşdırılmasını müzakirə edəcəklər

Mayın 19-da Moskvada üçtərəfli görüş gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mayın 19-da Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək
    Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə üçtərəfli görüş keçirəcək. Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

    O, qeyd edib ki, bundan əvvəl Lavrov Bayramov və Mirzoyanla ayrı-ayrılıqda görüşlər keçirəcək. Bundan əlavə, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri öz aralarında ayrıca görüş keçirəcək və orada “sülh müqaviləsi”ni müzakirə edəcəklər.

    Üç ölkənin xarici işlər nazirləri "regiondakı dinamik vəziyyəti nəzərə almaqla" Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması perspektivlərini nəzərdən keçirəcəklər", - Zaxarova bildirib.