XƏBƏRLƏR / Nəqliyyat

lham Əliyev Məhəmməd Ben Sulayemi qəbul edib

Bunu Prezidentin mətbuat xidməti bildirib

lham Əliyev Məhəmməd Ben Sulayemi qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.

    Görüşdə Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında uzun illər mövcud olan uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib.

    Azərbaycanda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edilməsinin əhəmiyyəti qeyd olunub. Vurğulanıb ki, ölkəmizin uzun illər dünya səviyyəli çox önəmli tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi etməsi beynəlxalq əməkdaşlığa mühüm töhfə verir.

    Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.