XƏBƏRLƏR / Mədəniyyət

Ledi Qaqaya vəzifə verildi

Bu barədə ABŞ Prezidenti Co Bayden qərar imzalayıb

Ledi Qaqaya vəzifə verildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Məşhur müğənni və aktrisa Ledi Qaqa ABŞ prezidenti yanında Mədəniyyət və İncəsənət Komitəsinin həmsədri təyin edilib. Bu barədə ABŞ Prezidenti Co Bayden qərar imzalayıb.

    Qərarda xatırladılıb ki, Ledi Qaqa (əsl adı Stefani Coan Ancelina Germanotta) 13 "Qremmi" mükafatı qazanıb və tarixdə kommersiya baxımından ən uğurlu müğənnilərdən biridir. O, həmçinin xeyriyyəçilik və ictimai kampaniyalarda fəal iştirak edir.

    Komitənin digər həmsədri isə prodüser Brüs Koen təyin edilib.

    Bunlarla yanaşı, musiqiçi Con Batista, aktyorlar Corc Kluni və Troy Kotsura, aktrisalar Cennifer Qarner, Kerri Vaşinqton və Keti Makqrat, ssenarist Şonda Rayms daxil olmaqla komitəyə daha 22 nəfər daxil edilib.

    Qeyd edək ki, Mədəniyyət və İncəsənət komitəsi 1982-ci ildə yaradılıb. Qurum ABŞ prezidentinə və Amerikanın müvafiq departamentlərinin rəhbərlərinə mədəniyyət sahəsində məsləhətlər verir.