Lavrovu İrəvanda "bomba" xəbəri qarşıladı
Rusiya XİN-nin təyyarəsi İrəvana enərkən naməlum şəxs hava limanına bomba qoyulması haqda xəbər verib

Ankaradan İrəvana KTMT XİN-lərinin toplantısında iştirak etmək üçün gələn Sergey Lavrovu hava limanında "bomba" xəbəri qarşılayıb. Rusiyalı nazirin İrəvana enməsi ərəfəsində naməlum şəxs hava limanına bomba qoyulması haqda xəbər verib.
Lakin hava limanını yoxlayandan sonra məlum olub ki, xəbər yalandı və təxribat xarakteri daşıyır.
Zvartnots hava limanına saq-salamat enən Lavrovu Ararat Mirzoyan qarşılayıb.