XƏBƏRLƏR / Siyasət

Lavrov: Laçın dəhlizi məsələsi yaxın vaxtlarda həll olunacaq

Rusiya xarici işlər naziri bunu keçirdiyi mətbuat konfransında deyib

Lavrov: Laçın dəhlizi məsələsi yaxın vaxtlarda həll olunacaq
Sergey Lavrov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya XİN Sergey Lavrov keçirdiyi mətbuat konfransında erməni jurnalistinin Laçın dəhlizi barədə verdiyi suala belə cavab verib: "Mən dünən Azərbaycanın xarici işlər naziri ilə danışmışam. Üç ölkə liderinin 9 noyabr 2020-ci ildə əldə etdiyi razılaşmaya görə, Laçın dəhlizi yüklərin, vətəndaşların və nəqliyyat vasitələrin hər iki tərəfə hərəkəti üçün açıq olmalıdır. Əlbəttə, hansısa hərbi yüklərin daşınmasının olmaması ayrıca razıılaşdırılıb. Azərbaycanlılar bu yol vasitəsi ilə minaların daşınması barədə məlumat təqdim edib. Rusiya hərbçiləri Ermənistanın minaların daşınması üçün Laçın dəhlizindən istifadə edə biləcəyi barədə məlumatları öyrənir".

    Daha sonra Lavrov qeyd edib ki, "Laçın dəhlizi məsələsi yaxın vaxtlarda öz həllini tapacaq" (TASS).

    Maraqlıdır ki, Sergey Lavrov bu suala cavab verəndə Rusiya XİN-in təşkil etdiyi canlı yayım kəsilib.