Lavrov Azərbaycana səfər edəcək
Nazirin Bakıya işgüzar səfəri iyunun 23-24-də baş tutacaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Lavrovun Bakıya işgüzar səfərinin iyunun 23-24-də baş tutacağını söyləyib.