XƏBƏRLƏR / Münaqişə

Laçında mühəndis işləri görən traktor atəşə tutuldu FOTO

Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb

Laçında mühəndis işləri görən traktor atəşə tutuldu FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.