Laçında çimərlik qurulur

Bu Laçın üçün bir yenilikdir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Laçın şəhərinin giriş hissəsindən körpünün sol istiqamətində Həkəri çayında göl hazırlanır. Gölün ətrafı tamamilə abadlaşır, müxtəlif işıqlandırma, istirahət zonaları qurulur.

    Laçın üçün ən önəmli olan məsələlərdən biri də çimərliyin yaradılmasıdır. Bu Laçın üçün bir yenilikdir. İnsanların bura cəlb olunması və rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub.