XƏBƏRLƏR / Qayıdış

Laçın yolundakı aksiyaların 27-ci günü

Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək isti yer, isti çay və qidalarla təmin olunublar

Laçın yolundakı aksiyaların 27-ci günü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 27 gündür davam edir. Səhər saatlarından etibarən aksiya iştirakçıları etirazlarını davam etdirirlər.

    Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək isti yer, isti çay və qidalarla təmin olunublar.

    Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiya yerində heç bir insident baş verməyib.

    Xatırldaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.