XƏBƏRLƏR / Nəqliyyat

Laçın yolunda BQXK və RSK maşınları sərbəst hərəkət edir

Bu gün ümumilikdə Xankəndi-Laçın yolundan 50-yə yaxın avtomobil keçib

Laçın yolunda BQXK və RSK maşınları sərbəst hərəkət edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

    APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, 3 yük avtomobili Xankəndidən Laçına keçid edib.

    Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

    ***

    Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobil karvanının maneəsiz keçidinə şərait yaradılıb.

    Laçından Xankəndiyə daha 10 təminat maşını keçid edib. Ümumilikdə son yarım saatda 31 maşın keçib.

    ***

    11:44

    Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobil karvanının maneəsiz keçidinə şərait yaradılıb.

    14 yük avtomobili Laçından Xankəndiyə keçid edib.

    Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.