XƏBƏRLƏR / Siyasət

Laçın yolu KTMT-nin məsuliyyət zonasında deyil

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas deyib

Laçın yolu KTMT-nin məsuliyyət zonasında deyil
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Laçın yolundakı vəziyyətə münasibət bildirib. "Sputnik Armenia" xəbər verir ki, Zas bu barədə jurnalistlərə açıqlamasında danışıb. "Laçın yolu KTMT-nin məsuliyyət zonasından kənardadır", - deyə o bildirib.

    Baş katibin sözlərinə görə, Ermənistandan bu məsələ ilə bağlı təşkilata heç bir müraciət daxil olmayıb.

    Qeyd edək ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı missiyası hərbi kontingentinin məsuliyyət zonasında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz məqsədi ilə və ekoloji monitorinqin keçirilməsi tələbilə 12 dekabrdan bəri azərbaycanlı QHT nümayəndələri və ictimai fəallar Laçın yolunda aksiya keçirirlər.