XƏBƏRLƏR / Qayıdış

Laçın postu buraxılış məntəqələrinin siyahısına salınıb

Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib

Laçın postu buraxılış məntəqələrinin siyahısına salınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.

    Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

    Laçın dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu (Malxələf kəndinin yaxınlığı) Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında) siyahıya daxil edilib.