XƏBƏRLƏR / Münaqişə

Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

Müdafiə Nazirliyi məlumat yayıb

Laçın istiqamətində mövqelərimiz atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 23-ü saat 15:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.