XƏBƏRLƏR / Münaqişə

Kəlbəcərdə 8 nəfər minaya düşdü , 1 hərbçimiz həlak oldu

Bu barədə Müdafiə Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir

Kəlbəcərdə 8 nəfər minaya düşdü , 1 hərbçimiz həlak oldu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 21:57

    Dekabrın 14-ü saat 18:00 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümbətov Zöhrab Məhəmməd oğlu şəhid olub.
    Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!

    ***

    Dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
    Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
    Həmçinin müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.
    Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.