Kuleba Ərdoğanın açıqlamasını təkzib etdi
Ukraynanın xarici işlər naziri Rusiya-Ukraynanın danışıqlarında 6 bənddən 4-ü üzrə razılığa gəlməsi barədə xəbəri təsdiqləməyib
Dmitri Kuleba bu barədə “Ukrainskaya pravda”ya müsahibəsində danışıb.
“Türkiyə Prezidentinin qeyd etdiyi 4 bəndlə bağlı Rusiya ilə heç bir konsensus yoxdur”, - deyə Kuleba söyləyib.
O bildirib ki, Kiyevin mövqeyi dəyişməz olaraq qalır. Belə ki, ölkənin yeganə dövlət dili Ukrayna dili olacaq. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti atəşkəsə nail olmaq, təhlükəsizlik zəmanətləri və Ukraynanın ərazi bütövlüyü ilə bağlı fikrində qalır.