Klinikaya müayinəyə gələn qadın özünü binadan atdı
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında intihar baş verib.
Trend xəbər verir ki, klinikaya müayinəyə gəlmiş Aysel Xəlilova özünü binanın 10-cu mərtəbəsindən atıb.
Klinikanın 4-cü mərtəbəsinin eyvanına çırpılan A.Xəlilova vəfat edib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Tibb Universitetindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqnları araşdırma aparır.
Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı hadisəyə hüquqi qiymət verəcək.