XƏBƏRLƏR / İqtisadiyyat

Kiçik və orta sahibkarlıq subyektləri vergidən azad ediləcək

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib

Kiçik və orta sahibkarlıq subyektləri vergidən azad ediləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan kiçik və orta biznesin 7 il müddətinə vergidən azad edilməsini müzakirə edir.

    “Biz biznes hesabatı prosedurlarını sadələşdirmişik. Ölkəmiz “Doing Business” üzrə yüksək göstəricilərə nail olub. Xüsusilə kiçik və orta sahibkarlığın yeddi il müddətinə vergidən azad edilməsi yolu ilə biznes imkanlarının genişləndirilməsi nəzərdə tutulur”, - deyə Cabbarov bildirib.

    2019-cu il yanvarın 1-dən Azərbaycanın Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, mikro sahibkarın mənfəət və gəlirlərinin 75 faizi vergidən azad edilib. haqqin.az xəbər verir ki, eyni zamanda bu kateqoriyadan olan sahibkarlar da əmlak vergisindən azad edilib.

    Kiçik və orta sahibkarlığın klaster şirkətləri 7 il müddətinə gəlir vergisindən, əmlak vergisindən və torpaq vergisindən, habelə idxal olunan avadanlıqlara görə ƏDV-dən azaddırlar. Bundan əlavə, sənaye parklarının rezidentlərinə vergi güzəştləri və gömrük rüsumlarından azadolmalar şamil edilir. Hazırda sənaye parklarının rezidentlərinin təxminən 80%-ni kiçik və orta biznes nümayəndələri təşkil edir.