XƏBƏRLƏR / Neft və Qaz

“KazTransOil” BTC neft kəməri ilə 10 min ton neft ixrac edib

Gələn ay bu həcm 12 dəfədən çox artacaq

“KazTransOil” BTC neft kəməri ilə 10 min ton neft ixrac edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “KazTransOil” Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Tengiz yatağından 9959 ton neft ixrac edib.

    “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, martın sonunadək bu marşrutla daha 10 min ton neftin göndərilməsi planlaşdırılır.

    Ümumilikdə mart ayında 20 min tona yaxın neftin göndərilməsi planlaşdırılır.

    Apreldə planlaşdırılan daşınma həcmləri nəzərəçarpacaq dərəcədə yüksəkdir - 125 min ton.