XƏBƏRLƏR / Fəlakət

Kaxovskaya SES-də partlayışdan sonra 40 min insan köçürülür

Ukraynanın nəzarətində olan ərazidə 17 mindən çox insan var, evakuasiya artıq başlayıb

Kaxovskaya SES-də partlayışdan sonra 40 min insan köçürülür
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kaxovskaya Su Elektrik Stansiyasında baş verən partlayışdan sonra 40 mindən çox insan təxliyə edilir.

    "Ukraynanın nəzarətində olan ərazidə 17 mindən çox insan var, evakuasiya artıq başlayıb. Bundan başqa, nəzarətsiz ərazidə 25 minə yaxın insanımız var ki, onlar haqqında qondarma işğalçı "hakimiyyət" heç düşünmür. ”, - deyə Ukrayna baş prokurorunun müavini Viktoriya Litvinova bildirib.

    İşğal altında olan Berdyansk, Zaporojye və Dnepropetrovsk vilayətlərinin əksər yaşayış məntəqələrini su ilə təmin edən Kaxovka kanalı susuz qala bilər. İşğal altında olan Krıma su təchizatı da çətinləşib.

    Litvinova əlavə edib ki, Ukraynanın cənubundakı suvarma sistemində də problem var. Torpaq sahələri su altında qalıb, ona görə də təyinatı üzrə istifadə oluna bilmir. Bu o deməkdir ki, biz torpağın deqradasiyasını, flora və faunada dəyişiklikləri gözləyirik.