XƏBƏRLƏR / Təbiət

Kahramanmaraşda yenə zəlzələ oldu

İtki və dağıntılar barədə məlumat verilmir

Kahramanmaraşda yenə zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ olub. Bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb. Vilayətin Onikişubat rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.4 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 7.5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

    Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib. Daha sonra Kahramanmaraşda 5 ballıq yeni yeraltı təkan olub.