Kəlbəcərdəki yataqların monitorinqi aparılıb
Bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib

Kəlbəcər ərazisində 30-dan çox yatağın monitorinqi və təftişi aparılıb. Bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. Xidmət rəisi dağ qazmalarının aparıldığını qeyd edib: “11 filiz, 7 yeraltı su ehtiyatı, 19 qeyri-filiz yatağının monitorinq işləri yekunlaşıb. Xüsusən Dəlidağ zonasında dağ qazmaları prosesi aparılmaqdadır”.