İstiqlal Fədailəri: Çingiz Mustafayev

ANS TV-nin "Heç kim və heç nə unudulmayacaq" layihəsi

  • Oxuma müddəti:

    2 dəqiqə

  • ANS-TV-nin HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMAYACAQ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ "İSTİQLAL MÜCADİLƏSİNİN FƏDAİLƏRİ: ÇİNGİZ MUSTAFAEV 1943-Cİ İL" ANS YAYIM VƏ MEDİA ŞİRKƏTİ , MİLLİ QƏHRƏMAN ÇİNGİZ MUSTAFAYEV ADINA FOND , BALANS MİLLİ KİNOSTUDİYASI VƏ ASSOSİATİV TƏRƏFDAŞ OLAN VMF NATURAL FREQUENCIES Təqdim Etdiyi Bədii-Sənədli Filminin Premyerası. Bu filmdə Siz Azərbaycan uğrunda canını fəda edən daha bir Çingiz Mustafayevi tanıyacaqsınız. Hekayə 1930-cu illərin sonunda Müstəqil Azərbaycan Dövlətini bərpa etmək istəyən gənclər təşkilatından bəhs edir. Hər bir Azərbaycanlı tariximizi bilməlidir! Bilməlidir ki, bugünkü Müstəqilliyimizə aparan yollar dolaşıq, çətin və Şəhid qanı ilə suvarmış yol olub. Müstəqil Azərbaycan Dövlətçiliyi uğrunda mücadilə daim cərayan edib və biz bu günümüzü öz həyatı bahasına yaxınlaşdıran Azərbaycanlıları tanımalıyıq! İndiki gənclərimiz bilməlidir ki, onların layiqli sələfləri olub və digər xalqlarda olduğu kimi, onlar da Vətənimizin Müstəqilliyi uğrunda daim mücadilə ediblər! Xahiş edirik ki paylaşasınız ki çox adam baxa bilsin! TARİXÇİLƏR ZİYA BÜNYADOV VƏ SEYFULLA MUSTAFAYEVİN ARAŞDIRMALARI ƏSASINDA , Rejissor Vahid Mustafa yev və Ssenari müəllifi Rasim Müzəffərlinin bu filmi gələcək 3 filmdən biridir. Bu təşkilatdan əvvəl və sonra da Azərbaycanlı gənclər bu cür mücadilə nümunələri göstəriblər və 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yüsifbəyli, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və Azərbaycan Dövlətinin digər qurucularının yolunu layiqincə davam etdiriblər... və bu səbəbdən biz bu gün Müstəqil Azərbaycanda yaşayırıq! Allah Azərbaycan uğrunda CANLARINI FƏDA EDƏN VƏTƏNDAŞLARIMIZA RƏHMƏT ELƏSİN! Sizin qəhrəmanlığınız daim bizim ürəyimizdə yaşayacaq!