İstanbul boğazı hər iki istiqamətdə hərəkət üçün bağlanıb
Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsindən bu barədə bildiriblər
Misirdən Bolqarıstana gedən gəminin sıradan çıxması səbəbindən, İstanbul boğazı hər iki istiqamətdə hərəkət üçün bağlanıb.
Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsindən bu barədə bildiriblər.
"Misirdən Bolqarıstana gedən 134 metrlik “Sparta” gəmisinin Sultan Səlim Yavuz körpüsü yaxınlığında mühərriki sıradan çıxıb. Hadisə yerinə “Kurtarma-12” və “Nazim Tur” gəmiləri göndərilib. Qəzaya görə İstanbul boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb", – açıqlamada bildirilir.