XƏBƏRLƏR / Siyasət

İsrailin XİİN azərbaycanlı həmkarı ilə telefonla danışıb

Eli Koen Ceyhun bayramovu İsrailə dəvət edib

İsrailin XİİN azərbaycanlı həmkarı ilə telefonla danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin xarici işlər naziri Eli Koen Tvitter səhifəsində bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı apardığını bildirib.

    “Bu gün Azərbaycanın xarici işlər naziri ilə danışdım və o, məni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi. Mən naziri Azərbaycanın İsraildə səfirliyinin açılışı münasibətilə səfərə dəvət etdim və biz ölkələr arasında əlaqələri möhkəmləndirmək və əməkdaşlığı genişləndirməkdə davam etmək barədə razılığa gəldik”.