XƏBƏRLƏR / Münaqişə

İsrail Prezidenti hökumətə çağırış edib

Bu barədə İsaak Hersoq “Twitter“ səhifəsində paylaşım edib

İsrail Prezidenti hökumətə çağırış edib
İsaak Hersoq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsrail Prezidenti İsaak Hersoq Baş nazir Benyamin Netanyahuya, eləcə də hökumət və koalisiya üzvlərinə məhkəmə islahatları prosesini dayandırmağa çağırıb. Bu barədə İsrail Prezidenti “Twitter“ səhifəsində paylaşım edib.
    Qeyd olunub ki, təhlükəsizlik, iqtisadiyyat, cəmiyyət - hər şey təhlükə altındadır.
    "İsrail xalqı ilə birlik naminə, bizə həvalə edilmiş məsuliyyət naminə mən sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram.
    Mən Knessetdəki bütün fraksiyaların, istər koalisiya, istərsə də müxalifət fraksiyalarının rəhbərlərini ölkə vətəndaşlarını hər şeydən üstün tutmağa, gecikmədən məsuliyyətlə və cəsarətlə hərəkət etməyə çağırıram. Dərhal özünüzə gəlin! Bu, siyasi məqam deyil, liderlik və məsuliyyət məqamıdır", - deyə İsrail Prezidenti bildirib.

    İsrail mətbuatının məlumatına görə, İsrailin Baş naziri Netanyahu bu gün xalq qarşısında çıxış edəcək. Bu, Netanyahunun məhkəmə islahatları və müdafiə naziri Qalantın işdən çıxarılması ilə bağlı keçirilən etiraz gecəsindən sonra ilk rəsmi çıxışı olacaq.