XƏBƏRLƏR / Siyasət

İsrail Prezidenti İ.Hersoq bu il Azərbaycana səfər edəcək

Bunu İshaq Hersoq Azərbaycanın Tel-Əvivdəki ilk səfiri Muxtar Məmmədovla görüşdə bildirib

İsrail Prezidenti İ.Hersoq bu il Azərbaycana səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail Prezidenti İshaq Hersoq bu il Azərbaycana səfər etmək niyyətində olduğunu açıqlayıb. Hersoq bazar günü Azərbaycanın Tel-Əvivdəki ilk səfiri Muxtar Məmmədovun etimadnaməsini qəbul edərək planlarını açıqlayıb,The Jerusalem Post yazır. 

    Qəzet qeyd edir ki, "Hersoq bu il ora (Azərbaycana) baş çəkməyi planlaşdırdığını bildirib".

    Qəzetin yazdığına görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu həftə İsrailə səfəri gözlənilir, onun Hersoqla görüşü isə martın 30-na planlaşdırılıb.