XƏBƏRLƏR / İdman

İranlı futbolçuların ailələri ABŞ-la oyundan öncə hədələnib

Bu barədə CNN müxbiri Sem Kili iddia irəli sürüb

İranlı futbolçuların ailələri ABŞ-la oyundan öncə hədələnib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranlı futbolçuların ailələri ABŞ-la oyundan öncə basqılarla üzləşiblər

    İranlı futbolçuların yaxınları Qətərdə keçirilən dünya çempionatında ABŞ-la üçüncü turun oyunundan öncə yerli hakimiyyət tərəfindən təzyiqlərlə üzləşiblər.

    Bu barədə CNN müxbiri Sem Kili iddia irəli sürüb.

    Onun sözlərinə görə, iranlı oyunçular özlərini "düzgün aparmasalar", onların İrandakı qohumları həbs və işgəncə ilə hədələniblər.

    İslam İnqilabı Keşikçilərinin (SEPAH) futbolçuları izlədiyi də bildirilib. Onlara yığmanın düşərgəsindən kənara çıxmaq və əcnəbilərlə görüşmək qadağan edilib.

    Qeyd edək ki, İran-ABŞ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Asiya təmsilçisinə qrupdan çıxmaq üçün heç-heçə də sərf edir.