İranın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə görüşüb
30 il susan İran indi "sərhədlərin dəyişməzliyi"ndən narahat olub
İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Prezidentinin xüsusi köməkçisi Hikmət Hacıyevlə görüşərək danışıqlar aparıb.
"İSNA" xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərdə son proseslər və bölgəsəl məsələlər, xüsusilə Ermənistanla Azərbaycan arasında son zamanlar sərhəd toqquşmaları və bununla bağlı Tehranın mövqeyi ətrafında mübadiləsi aparılıb.
İran mənbəyi xəbər verir ki, "görüşdə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməzliyi, İranın regionda həyati və uzunmüddətli maraqlarına zidd olan geosiyasi dəyişikliklərin olmaması, iki şimal qonşusuna davamlı sülhün əldə edilməsinə kömək etməyə hazır olması, İran və Azərbaycan arasında müntəzəm siyasi danışıqların aparılması zərurəti kimi digər əsas mövzular nəzərdən keçirilib."