İranda xalq molla rejiminə silahlı müqavimət göstərir
Ölkənin 156 şəhərində hökumət əleyhinə mitinqlər və nümayişlər davam edir
22 yaşlı Məhsa Əmininin qətli ilə bağlı bu il sentyabrın 16-dan ölkəni bürüyən anti-klerikal etirazlar başlayandan İran hakimiyyəti 60-dan çox yeniyetmə və uşaq olmaqla 440 etirazçını qətlə yetirib.
Rəsmi məlumatlara görə, 1850 nümayişçi həbs edilib, lakin polis daha 3212 nəfərin saxlandığı yeri gizli saxlayır. İran İslam Şurası 20 etirazçıya ölüm hökmü çıxarıb. Ən azı 227 etirazçı "Allahın iradəsinə qarşı çıxmaq" ittihamı ilə məhkəməyə verilib.
Bu arada İranın 156 şəhərində hökumət əleyhinə mitinqlər və nümayişlər davam edir ki, onların fəal iştirakçıları ölkənin 14 universitetinin tələbələridir. İranda fəal narazılığın ifadəsi ilə yanaşı, passiv etiraz da baş verir: hər gün daha çox hicabsız qadın ölkənin küçə və meydanlarında peyda olur.