XƏBƏRLƏR / Qonşular

İranda kütləvi zəhərlənməyə görə 100-dən çox şəxs saxlanılıb

Bu barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb  

İranda kütləvi zəhərlənməyə görə 100-dən çox şəxs saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranda qız məktəblərində baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə hadisələri ilə bağlı 100-dən çox şəxs saxlanılıb. Bu barədə rəsmi İRNA agentliyi məlumat yayıb.

    Məlumatda saxlanılan şəxslərin bəzilərinin düşmənçilik niyyətli olduğu, onların insanlar və tələbələr arasında qorxu və təşviş yaratmağa çalışdığı, terror təşkilatları ilə əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdirildiyi bildirilib.

    İranın Daxili İşlər Nazirliyi bəyan edib ki, kütləvi zəhərlənmələr barədə Tehran, Qum, Zəncan, Xuzistan, Həmədan, Fars, Gilan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Kürdüstan və Xorasan əyalətlərindən məlumat daxil olub. 

    Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan İranda qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunub.

    Məlumata görə, indiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib.