XƏBƏRLƏR / Qonşular

İranda dünənki hadisələrdə 17 nəfər ölüb FOTO

İran mənbələrinə görə, 2500-də çox yaralı var

İranda dünənki hadisələrdə 17 nəfər ölüb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranda dünənki hadisələrdə 17 nəfər ölüb. Bu barədə İran mənbələri xəbər yayıb.

    "Tejarat News"un məlumatına görə, builki çərşənbə günündə (ilaxır çərşənbə-red.) yaralıların sayı 2562 nəfərə çatıb.
    Fövqəladə Hallar Təşkilatı bildirib: "Martın əvvəlindən bu gecə saat 23:30-a qədər çərşənbə günü baş verən hadisələrdə 2562 nəfər xəsarət alıb, onlardan 363-ü xəstəxanalara yerləşdirilib, 11 xəstənin vəziyyəti ağırdır və hazırda xəstəxanalarda müalicə olunur. Ən çox yaralananların sayı Tehran, Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərində olub.

    Martın 14-də günortaya qədər təkcə Tehranda 12 nəfər ölüb, 361 nəfər yaralanıb. Son məlumatlara görə, ölü sayı 17-ə çatıb.

    Tehranın fövqəladə hallar idarəsi qəzaların səbəblərinin çoxunun yandırıcı materialların partlaması ilə bağlı olduğunu bəyan edib. Göz və əl xəsarətləri insanlara ən çox vurulan xəsarətlər sırasındadır.

    Qeyd edək ki, bu gecə İranda yazın gəlişini qeyd edən Novruz bayramı ərəfəsində od bayramı olan "Çaharşanbe Suri" qeyd edilib.

    Ölkənin bütün şəhərlərində tonqallar yandırılıb, fişənglər atıılıb. Lakin bəzi şəhərlərdə bu vətəndaşların, əsasən də gənclərin hökumət əleyhinə nümayişlərinə çevrilib. Küçələrə, meydanlara yandırıcı qarışıqlar atılıb.