İran Ukrayna ərazisinin Rusiyaya “birləşdirilməsini” tanımır
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian TRT World telekanalına müsahibəsində deyib
İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian TRT World telekanalına müsahibəsində deyib ki, İran Moskva ilə əla münasibətlərə baxmayaraq, Krımı və Ukraynanın dörd bölgəsini Rusiyanın bir hissəsi kimi tanımır.
“Biz beynəlxalq qanunlar çərçivəsində ölkələrin suverenliyini və ərazi bütövlüyünü tanıyırıq, buna görə də Tehran və Moskva arasında əla münasibətlərə baxmayaraq, biz Krım, Luqansk və Donetsk vilayətlərinin Ukraynadan ayrılmasını tanımırıq... Çünki biz israr edirik. Xarici siyasətdə bizim ardıcıl prinsipimiz: Ukraynadakı münaqişənin həll yolu olmadığını deyəndə, əsas siyasi prinsip kimi öz mövqeyimizə inanırıq”, - Abdullahian deyib.